“Qarabağ” və “Neftçi”nin Avropa Liqasında oyunlarını idarə edəcək hakimlər bilinib

“Qarabağ” və “Neftçi”nin Avropa Liqasında oyunlarını idarə edəcək hakimlər bilinib
# 25 avqust 2014 13:53 (UTC +04:00)

Bakı - APA. Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri "Qarabağ" və "Neftçi"nin keçirəcəyi oyunları idarə edəcək ədalət təmsilçilərinin adları məlum olub.

Ağdam təmsilçisinin “Tvente” ilə Hollandiyadakı görüşü italiyalı hakimlərə tapşırılıb. “Neftçi”ni Serbiya “Partizan”ı ilə Bakıdakı oyuna isə Avstriyadan olan ədalət təmsilçiləri çıxaracaq.

Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

28 avqust

22:30. "Tvente" (Hollandiya) - "Qarabağ"

Hakimlər: Paolo Silvio Mazzoleni, Lorenzo Manganelli, Alessandro Petrella, Sebastyano Peruzzo (hamısı İtaliya)

UEFA nümayəndəsi: Eduard Prodani (Albaniya)

Hakim-inspektor: Kostas Kapitanis (Kipr)

Enshede. Tvente stadionu

21:00. "Neftçi" - "Parizan" (Serbiya)

Hakimlər: Robert Şorgenhofer, Matias Vinsauer, Roland Brandner, Dominik Ouşhan (hamısı Avstriya)

UEFA nümayəndəsi: Kris Bellon (Belçika)

Hakim-inspektor: Mişel Votro (Fransa)

Tofiq Bəhramov adına Respublika stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR