Ötən ay “Elektron hökumət” portalındakı onlayn konsultasiya xidmətindən 3,5 min dəfə istifadə olunub

Ötən ay “Elektron hökumət” portalındakı onlayn konsultasiya xidmətindən 3,5 min dəfə istifadə olunub
# 09 iyul 2015 14:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Elektron hökumət” portalındakı “Onlayn Konsultasiya” xidməti rahatlığına və operativliyinə görə istifadəçilərin rəğbətini qazanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, təkcə iyun ayında vətəndaşlar 3 429 dəfə onlayn konsultasiya xidmətindən istifadə ediblər.

Bu xidmət vasitəsi ilə vətəndaşların portala müraciəti zaman yaşana biləcək istənilən sual və problemlər dərhal yerindəcə öz həllini tapır. Bu servis vətəndaşların irad, təklif və şikayətlərini dərhal qeydə alaraq, operativ tədbirlər görülməsi üçün mükəmməl vasitədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR