Arzu Nağıyevin “1001 günün siyasəti” adlı yeni kitabı işıq üzü görüb

Arzu Nağıyevin “1001 günün siyasəti” adlı yeni kitabı işıq üzü görüb
# 19 noyabr 2015 13:36 (UTC +04:00)

Bakı-APA. “Trend” İnformasiya Agentliyi baş direktorunun müavini, tanınmış siyasi şərhçi, politoloq Arzu Nağıyevin “1001 günün siyasəti” adlı yeni kitabı işıq üzü görüb.

Kitabda A.Nağıyevin 2011-2014-cü illərdə müxtəlif kütləvi informasiya vasitələrində dərc edilən, telekanallara verilən müsahibələri, şərhləri, açıqlamaları, təhlilləri, həmçinin regional, beynəlxalq, geosiyasi araşdırmaları və məqalələri toplanıb.

Kitabın əhatə etdiyi 2011-2014-cü illər siyasi və iqtisadi proseslərin dinamik inkişaf etdiyi bir dövr olub, Bu baxımdan kitab yalnız publisistik deyil, həmçinin tarixi vəsait xarakteri də kəsb edir. A. Nağıyevin baş verən proseslərə daim konkret tarix və faktlara söykənərək verdiyi şərh və çıxışlar, yazdığı məqalələri mövzu baxımından Dağlıq Qarabağ münaqişəsi, internet təhlükəsizliyi, əsrin bəlası narkomaniya və terrorizm, hegemon dölətlərin siyasətində ikili standartlar, dünyanın dörd bir nöqtəsində baş verən münaqişə və müharibə ocaqları olaraq təsnifləndirmək olar. Bu baxımdan “1001 günün siyasəti” əsəri həmçinin politologiya və beynəxalq münasibətlər ixtisasları istiqamətində təhsil alan tələbələr üçün dərs vəsaiti kimi də faydalı ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR