“Azərbaycan müasir dünyada” mövzusunda konfrans başlayıb - FOTOSESSİYA - VİDEO

“Azərbaycan müasir dünyada” mövzusunda konfrans başlayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 07 may 2015 09:20 (UTC +04:00)

APA-nın məlumatına görə, konfransdan öncə dövlət və hökumət rəsmiləri, millət vəkilləri Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Konfransda çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Heydər Əliyev və Azərbaycan anlayışlarını bir-birindən ayırmağın mümkün olmadığını, Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu söyləyib.

Ə. Əhmədov bildirib ki, YAP hər il ənənəvi olaraq Heydər Əliyevin doğum günü ilə bağlı konfranslar keçirir və builki konfransın mövzusunun “Azərbaycan müasir dünyada” olması təsadüfi deyil: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi təsadüfi deyildi. Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edib, ölkəmizin təmsilçisi bu müsabiqənin qalibi olduğu üçün ölkəmiz bu hüququ qazanıb. Bu günlərdə isə çox əlamətdar tarixi hadisənin ərəfəsindəyik. Azərbaycan ilk Avropa Oyunlarını keçirəcək, bu, Azərbaycanın nüfuzundan xəbər verir”.

Ə. Əhmədov Azərbaycanın dünyanın enerji xəritəsində mühüm rol oynadığını söyləyib: “Heydər Əliyevin qurduğu və prezident İlham Əliyevin gücləndirdiyi Azərbaycanın dünya birliyində nüfuzu artacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR