Bakıda oğurluqla məşğul olan qrup zərərsizləşdirilib

Bakıda oğurluqla məşğul olan qrup zərərsizləşdirilib
# 05 oktyabr 2015 08:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda oğurluqla məşğul olan qrup zərərsizləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 19-na keçən gecə, Kürdəxanı qəsəbəsində yaşayan Almurad Rəhimovun evindən, açıq pəncərədən keçməklə məişət əşyaları və oktyabrın 3-də Fuad Əliyevə məxsus Pirşağı qəsəbəsində yerləşən yarım tikilidən samovar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1975-ci il təvəllüdlü Hüseyn Hüseynov, Əziz Babayev və 1992-ci il təvəllüdlü Orxan Səlimov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, onlar cari ilin avqust ayının 28-nə keçən gecə, Pirşağa qəsəbə sakini Seyran Kərimovun evindən, pəncərəni sındırmaqla ev əşyaları oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR