Oktyabrda “Elektron hökumət” portalına 355 minə yaxın daxilolma qeydə alınıb

Oktyabrda “Elektron hökumət” portalına 355 minə yaxın daxilolma qeydə alınıb
# 13 noyabr 2015 07:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Elektron hökumət” portalına daxilolmaların sayı sürətlə artmaqda davam edir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Elektron hökumət” bülleteninin noyabr buraxılışına istinadən, təkcə oktyabr ayında portala 354 607 daxilolma qeydə alınıb.

Portala müraciət edənlərin ümumi sayı isə 108 319 nəfər olub. Həmin şəxslər 1 439 982 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 746 559 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 39 saniyə təşkil edib.

Oktyabr ayı ərzində portala müraciət edənlərin 20,2%-ni yeni istifadəçilər, 79,8%-ni isə təkrar müraciət edənlər təşkil edib.

Onu da qeyd edək ki, statistik uçotun aparıldığı 2012-ci il tarixindən dekabrından 2015-ci ilin oktyabr ayının 31-ə qədər portala ümumilikdə 9 537 237 daxilolma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR