Azərbaycanlı sahibkarlar Bərpa olunan Enerjiyə Qlobal İnvestisiyanın Təşviqi üzrə sərgiyə dəvət edilir

Azərbaycanlı sahibkarlar Bərpa olunan Enerjiyə Qlobal İnvestisiyanın Təşviqi üzrə sərgiyə dəvət edilir
# 29 oktyabr 2014 12:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Hindistanda Bərpa olunan Enerjiyə Qlobal İnvestisiyanın Təşviqi üzrə görüş və sərgi təşkil olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, tədbir gələn ilin fevralın 15-17-də Nyu-Deli şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Bərpa olunan Enerjiyə Qlobal İnvestisiyanın Təşviqi üzrə görüş və sərgidə iştirak etmək istəyən sahibkarlar və iş adamları Hindistanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR