Misirdəki qəzanın qurbanlarının cəsədlərini daşıyan üçüncü təyyarə Sankt-Peterburqa yola düşüb

Misirdəki qəzanın qurbanlarının cəsədlərini daşıyan üçüncü təyyarə Sankt-Peterburqa yola düşüb
# 06 noyabr 2015 04:24 (UTC +04:00)

Bakı-APA. Misirdəki təyyarə qəzasının qurbanlarının qalıqlarını daşıyan Rusiya FHN-in üçüncü təyyarəsi Sankt-Peterburqa yola düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib.

“Təyyarə Qahirədən Moskva vaxtı ilə 04:25-də havaya qalxıb. Onun göyərtəsində qəza zonasında aşkarlanmış cəsədlərin qalıqları, şəxsi əşyaları və sənədlərdir”, məlumatda deyilir.

Rusiya səhiyyə nazirliyinin məlumatına əsasən, indiyədək Misirdə təyyarə qəzasında ölənlərdən 58-nin cəsədi tanınıb.

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR