Azərbaycan prezidenti mülki aviasiya işçilərini təltif edib

Azərbaycan prezidenti mülki aviasiya işçilərini təltif edib
# 01 iyun 2015 16:22 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev mülki aviasiya işçilərinə fəxri adlar verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə Əli-zadə Aslan Muxtar oğluna "Əməkdar mühəndis", Kərimov Rəhim Əliqulu oğluna isə "Əməkdar pilot" fəxri adı verilib.

Dövlət başçısının digər sərəncamı ilə Hacıyev Eldar Əli oğlu, Hacıyev Səxavət Məmmədəli oğlu, İbrahimov Vüsal Ramiz oğlu, Məmmədova Güllər Sabir qızı və Sadıxov Qüdrət Ağa Bala oğlu mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR