Bakıda gözəllik salonunda, Zərdabda 3 otaqlı evdə yanğın olub

Bakıda gözəllik salonunda, Zərdabda 3 otaqlı evdə yanğın olub
# 25 aprel 2015 22:35 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında iki yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan “MİLEDY” gözəllik salonunda baş verib. Nəticədə salonun hamamında tavan 2 kv.m sahədə yanıb. Gözəllik salonunun qalan hissəsi yanğından mühafizə olunub.

Zərdab şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evdə baş vermiş yanğın nəticəsində evin 1 otağının, mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR