Pakistanda terrorçuluq ittihamı ilə 650-dən çox adam həbs edilib

Pakistanda terrorçuluq ittihamı ilə 650-dən çox adam həbs edilib
# 13 iyul 2010 16:00 (UTC +04:00)
Bakı – APA. Pakistanın şimal-qərbində son 3 gün ərzində 650-dən çox silahlı şəxs yaxalanıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Heybər-Pahtunkva əyalətində və 3 qonşu rayonda iri miqyaslı əməliyyat keçirilir. Əyalətin informasiya naziri Mian İftixar Hüseyn təkcə Peşavər şəhərində 410 şübhəli şəxsin həbs edildiyini açıqlayıb. Onların üzərində silah və partlayıcı maddələr tapılıb.

Bütün saxlanılanlar iyulun 9-da törədilmiş terror aksiyasında iştirakda şübhəli bilinir. Xatırladaq ki, Yakka-Hand yaşayış məntəqəsi administrasiyası binasının qarşısında baş vermiş 2 partlayış nəticəsində 105 nəfər ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR