Azərbaycan səfiri Litva daxili işlər naziri ilə görüşüb - FOTO

Azərbaycan səfiri Litva daxili işlər naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 22 may 2015 07:25 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Respublikasının daxili işlər naziri Saulius Skvernelislə görüş keçirib.

Səfirlikdən APA-ya verilən məlumata görə, Litva DİN-in strukturu Yanğınla Mübarizə və Xilasetmə, Miqrasiya, Dövlət Sərhədinin Mühafizəsi, Regionların İnkişafı, İnformasiya Texnologiyaları və bir sıra digər departamentləri əhatə edir.

Görüş zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin son illər ərzində Litva Daxili İşlər Nazirliyi ilə sıx və məhsuldar əməkdaşlığı, qarşılıqlı səfərlərin həyata keçirilməsi, konkret işlərin aparılması xüsusi ilə vurğulanıb. Eyni zamanda bu cür təcrübənin Litva Daxili İşlər Nazirliyinin digər fəaliyyət istiqamətləri üzrə də davam etdirilməsinin mümkünlüyü qeyd edilib və Azərbaycan DİN ilə əməkdaşlığın genişləndirilməsi maraq kəsb etdiyi bildirilib.

Miqrasiya məsələlərinə toxunmuş S.Skvernelis hazırda, əcnəbilərin Litvada təhsil aldıqdan sonra ölkədə qalıb qanuni yaşayıb işləməyə icazə verən qanuna baxıldığını qeyd edib. Mövzu ilə bağlı səfir Azərbaycan prezidenti tərəfindən təhsil sahəsinə xüsusi diqqətin yetirildiyini qeyd edib. O, hazırda Litvanın 5 universitetinin Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramına daxil edildiyini və Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR