Bakıda silsilə oğurluqlar törədən şəxs həbs edilib

Bakıda silsilə oğurluqlar törədən şəxs həbs edilib
# 10 noyabr 2014 10:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Paytaxtda silsilə oğurluqlar törədən şəxs yaxalanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 21-ci və 22-ci polis bölmələrinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-oktyabr ayları ərzində müxtəlif vaxtlarda Bakı şəhər sakinləri Elvin Məhərrəmovun cibindən, Kamran Nəbiyevə məxsus ofisdən, Aysel Həsənlinin, Mətləb Tağıyevin, Maksim Selinskinin, Ceyhun Məlikovun və Oqtay Kərimovun evlərindən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamış paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Fətəliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR