Ukrayna XİN: “normand dördlüyü” bir sıra məsələlərə dair razılıq əldə etməyib

Ukrayna XİN: “normand dördlüyü” bir sıra məsələlərə dair razılıq əldə etməyib
# 14 aprel 2015 04:23 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.

“Ənənəvi olaraq, danışıqlar olduqca ağır şəraitdə keçdi. Bir sıra məsələlər üzrə razılıq əldə olunmadı, bununla bağlı müzakirələr davam etdiriləcək”, deyə Klimkin bildirib.

Onun sözlərinə görə, Ukrayna Donbasa sülhməramlı qüvvələrin yeridilməsi məsələsini yenidən gündəmə gətirməyə çalışacaq: “Mən bu məsələyə toxunaraq missiyanın məntiqini həmkarlarıma izah etdim. Fikrimcə, bu, Minsk razılaşmalarına dəstək olacaq bir missiya olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR