“Spartak”ın erməni oyunçusu: “Baş məşqçi Murat Yakın 24 apreldə məni əsas komandadan qovdu” - FOTO

“Spartak”ın erməni oyunçusu: “Baş məşqçi Murat Yakın 24 apreldə məni əsas komandadan qovdu”  - <span style="color: red;">FOTO
# 29 aprel 2015 10:25 (UTC +04:00)

APA-nın “Sport-Ekspress” qəzetinə istinadən verdiyi məlumata görə, A. Özbiliz M Yakının onu uydurma “erməni soyqırımı”nın ildönümü kimi qeyd edilən 24 apreldə əsas komandadan qovduğunu deyib: “Həm gülməli, həm də kədərlidir ki, Yakın məni “Spartak”ın əsas komandasından qoduğunu Osmanlı İmperiyasında ermənilərin soyqırımının ildönümündə bəyan etdi”.

2014-cü ilin iyununda ciddi zədələnən A. Özbiliz hazırda özünü çox yaxşı hiss etdiyini söyləyib: “Lakin rəsmi versiyaya görə, mən hələ də zədəliyəm. Halbuki özümü çoxdan bəri əla hiss edirəm və yüz faiz hazıram. Bir aydan çoxdur ki, fiziki hazırlıq üzrə məşqçi ilə hazırlıqları başa çatdırmışam. Aydındır ki, bu mərhələdən sonra oyun kondisiyası toplamaq lazımdır ki, əvvəlki səviyyəmə çıxa bilim. Lakin ötən 5-6 həftə ərzində heç bir irəliləyişə nail ola bilməmişəm. İmkan verilmir. Komanda ilə sonuncu dəfə aprelin 17-də, “Mordoviya” ilə oyundan bir gün əvvəl məşq etdim. Ertəsi gün komandamız qalib gəldi və məşqçi oyunçulara 3 gün icazə verərək köməkçiləri ilə birlikdə İsveçrəyə getdi. Komandada heç kim qalmadı. Anlamıram, peşəkar futbolda necə ola bilər ki, 4 məşqçinin hamısı eyni vaxtda getsin və komandaya tezliklə qayıtmaq istəyən oyunçunu hazırlaşdırmaq üçün kimsə qalmasın. Lazımi səviyyədə ünsiyyət yoxdur. Sonra məşqçilər qayıtdılar və bizi iki məşq gözləyirdi. Birində ümumi qrupda çalışdım, digərində isə Denis Qluşakov və Joao Karlosla birlikdə ayrıca çalışdıq. Yakına dedim ki, son bir ildə ilk dəfədir ki, gündə iki dəfə məşq edirəm. Ertəsi gün məşqin sonunda diz əzələlərimdə azacıq yorğunluq hiss etdim və bunu məşqçiyə söylədim. O isə bütün məşqçiləri və həkimləri toplayaraq mənim hələ hazır olmadığını elan etdi. Şoka düşdüm”.

A. Özbiliz belə məşqçi ilə çalışmaq istəmədiyini vurğulayıb: “Mən demirəm ki, dərhal əsas heyətdə oynamalıyam, lakin mən komanda ilə birlikdə çalışmaq istəyirəm ki, tezliklə lazımi kondisiyaya çatım. İnsanlara belə münasibətlə və kollektivdəki bu cür mikroiqlimlə uğurlara nail olmaq mümkün deyil. Mən də, digər futbolçular da komandada baş verənləri anlamırıq. Məni ikinci komandaya göndərəndə komanda yoldaşlarım buna inanmadı. Soruşurlar ki, niyə? Cavab verə bilmirəm. Mən hər zaman belə fikirləri yaxına buraxmamışam, amma indi özümə sual verirəm ki, bəlkə baş verənlər mənim erməni, məşqçinin isə türk olması ilə əlaqədardır? Bəs Movsisyan nə düşünsün? Son illər hər mövsümdə azı 15 qol vurub, lakin birdən ona inanmırlar və meydana buraxmırlar. Ölkədə ən yaxşı hücumçulardan biri olan Movsisyan birdən-birə necə ehtiyat oyunçuya çevrilə bilər?..”

Qeyd edək ki, Araz Özbiliz İstanbulda doğulub, daha sonra ailə Hollandiyaya köçüb və Araz məşhur “Ayaks” klubunda peşəkar futbola başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR