Qubada 10 hektar ərazidə yanğın olub

Qubada 10 hektar ərazidə yanğın olub
# 16 avqust 2015 19:27 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün Quba rayonunda yanğın hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Rustov kəndi ərazisində 10 hektar sahədə quru kol-kos yanıb. Yanğının söndürülüməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Quba Dövlət Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğının daha geniş əraziyə keçirilməsinin qarşısı alınıb.

Yanğının səbəbləri araşdırdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR