Azərbaycanda əməyin mühafizəsi fondu yaradılır

Azərbaycanda əməyin mühafizəsi fondu yaradılır
# 28 aprel 2015 11:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “2011-2015-ci il məşğulluq strategiyası üzrə Tədbirlər Planında əməyin mühafizəsi üzrə strategiyanın hazırlanması bir vəzifə kimi qarşıya qoyulub”.

APA-Economics”in xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, əməyin mühafizəsi üzrə strategiyanın ilkin layihəsi hazırlanaraq hökumətə təqdim olunub.

“Burada nəzərdə tutulan məsələlərdən biri də ölkə üzrə əməyin mühafizəsi fondunun yaradılmasıdır. Biz elə düşünürük ki, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığortalanmanın özəl şirkətlər tərəfindən həyata keçirildiyi ölkələrdə belə fondların yaradılması zəruridir. Çünki məhz belə fondlar vasitəsilə hökumət, onun müvafiq icra strukturu üzərinə düşən vəzifələri maliyyələşdirməlidir”, - S. Müslümov bildirib.

Nazir əlavə edib ki, sığorta təşkilatlarının topladıqları sığorta haqlarının bir qisminin həmin fonda yönəldilməsi hesabına həmin tədbirlər artıq maliyyələşdirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR