Rusiya və Ermənistan prezidentləri arasında görüş olub

Rusiya və Ermənistan prezidentləri arasında görüş olub
# 09 avqust 2014 16:28 (UTC +04:00)

APA-nın Rusiya prezidentinin saytına istinadən verdiyi məlumata görə, Vladimir Putin görüşdə bildirib ki, Rusiya-Ermənistan münasibətləri istisnasız olaraq, dostluq və strateji xarakter daşıyır. Dövlət başçısı, Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına daxil olmaq barədə qərarlarının buna bariz nümunə olduğunu deyib.

Rusiya prezidenti bu görüşdə bir sıra məsələlər, o cümlədən Qarabağ probleminin həlli istiqamətində müzakirələr aparılacağını qeyd edib.

Sej Sarisyan isə deyib ki, Vladimir Putinlə bəzi məsələlər, o cümlədən Ermənistanın Avrasiya İqtisadi İttifaqına inteqrasiyası proseslərini müzakirə etmək niyyətindədir.

Ermənistan prezidenti, Ukraynada baş verən hadisələrdən narahat olduğunu bildirərək Rusiyanın hansı addımlar atacağı ilə maraqlandığını qeyd edib.

O, Ermənistan-Azərbaycan sərhədində, təmas xəttindəki vəziyyət barədə də Rusiya prezidentinə məlumat verəcəyini deyib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında görüş baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR