Azərbaycan prezidenti Çexiyanın sənaye və ticarət nazirini qəbul edib

Azərbaycan prezidenti Çexiyanın sənaye və ticarət nazirini qəbul edib
# 03 mart 2015 12:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Çexiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin qarşılıqlı investisiya qoyuluşu üçün müsbət zəmin yaratdığı bildirilib, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.


Söhbət zamanı Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iqtisadi əlaqələrimizin inkişafı işinə xidmət edəcəyi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR