Sabah Azərbaycanda yağmursuz hava şəraiti üstünlük təşkil edəcək

Sabah Azərbaycanda yağmursuz hava şəraiti üstünlük təşkil edəcək
# 12 oktyabr 2014 16:33 (UTC +04:00)

Bakı-APA. Sabah Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Havanın temperaturunun gecə 12-15, gündüz 19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bölgələrdə əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR