Prezident İlham Əliyev: “Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli əməkdaşlığı, birliyi və qardaşlığı əbədidir”

Prezident İlham Əliyev: “Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli əməkdaşlığı, birliyi və qardaşlığı əbədidir”
# 17 mart 2015 14:56 (UTC +04:00)

Türkiyə dünya birliyinin önəmli ölkəsidir, Azərbaycanın da imkanları artır. Biz enerji və nəqliyyat layihələri həyata keçirməklə birliyimizi daha da gücləndiririk. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolunun təməl daşı da Qarsda qoyulub, bu gün TANAP layihəsinin də təməli Qarsda qoyulacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qarsda inşa edilmiş Heydər Əliyev Anadolu Peşə və Texniki Liseyinin açılış mərasimində çıxışında deyib. O bildirib ki, bu gün TANAP layihəsinin təməlqoyma mərasimində iştirak etmək üçün Gürcüstan prezidenti də Qarsa gəlib: “Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli əməkdaşlığı, qardaşlığı, birliyi əbədidir. Bu üç ölkə bundan sonra da bir yerdə olacaq, bir yerdə öz gələcəklərini quracaq, bir-birinə həmişə arxa, dayaq olacaqlar. Əminəm ki, TANAP layihəsinin icrası bütün türk dünyası üçün əziz diyar olan Qarsın inkişafı üçün də yeni imkanlar açacaq. Yaşasın Türkiyə-Azərbaycan birliyi və qardaşlığı!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR