Suriya və İraqda döyüşməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Suriya və İraqda döyüşməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 11 iyul 2016 15:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraqda döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Anar Mahmudov və Elvin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulublar. Onlar 2012-2015-ci illərdə Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və "Cumdul-Xilafə" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR