Azərbaycan və Misir Şahmat Federasiyaları arasında müqavilə imzalanıb

Azərbaycan və Misir Şahmat Federasiyaları arasında müqavilə imzalanıb
# 05 oktyabr 2015 14:59 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan və Misir Şahmat Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Apasport.az saytının məlumatına görə, müqaviləni Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Misir Şahmat Federasiyasının prezidenti Haşem Elgendani imzalayıb.

Razılaşmaya əsasən şahmatın inkişafı istiqamətində birgə layihələr işlənəcək, qarşılıqlı təlim-məşq toplanışlar və hakimlər arasında təcrübə mübadiləsi aparılacaq.

İmzalanma mərasimində sonra suallara cavab verən AŞF-nin prezidenti Elman Rüstəmov müqavilənin vacibliyindən danışıb: "Misirlə əməkdaşlığımız müqavilədən əvvəl də olub. İndi biz bunu rəsmiləşdirdik. Müqaviləyə əsasən şahmatçılar Azərbaycanda və ya Misirdə təlim-məşq toplanışlarında iştirak edə bilər, hakimlərimizin təcrübə mübadiləsi aparılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR