İranda “Tractorspor” saytının baş redaktoru azadlığa buraxılıb

İranda “Tractorspor” saytının baş redaktoru azadlığa buraxılıb
# 02 may 2013 02:56 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda “Tractorspor” saytının baş redaktoru azadlığa buraxılıb. APA-nın “Təbriz səsi”nə istinadən məlumatına görə, Mehdi (Heyran) Heydəri 20 milyon tümən zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. M. Cəfəri İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən aprelin 25-də yerli vaxtla səhər saat 08:00-da tutulub. Onun mənzilində axtarış aparılıb, kompüter və bir sıra şəxsi əşyaları müsadirə edilib. M. Heydəri son günlər “Traktorsazi” futbol komandasının prezidenti Məhəmməd Hüseyn Cəfərini sərt tənqid etmişdi.

Bundan əlavə, Təbrizin “Traktorsazi” futbol komandasının azarkeşi Behruz Cəfəri azadlığa buraxılıb. O, 15 milyon tümən zəmanətlə sərbəst buraxılıb. B. Cəfəri aprelin 10-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Səhənd” stadionunda “Traktorsazi” “əş-Şəbab” klubu arasında keçirilmiş oyundan sonra İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR