Misirdə 200-dən çox silahlı ekstremist məhv edilib

Misirdə 200-dən çox silahlı ekstremist məhv edilib
# 04 iyul 2015 19:21 (UTC +04:00)

Bakı-APA. Misirin güc strukturları üç gün ərzində Sinay yarımadasının şimalında 200-dən çox silahlı ekstremisti məhv edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, silahlılarla toqquşmalarda azı 17 hərbçi həlak olub.

Məlumata görə, özlərini “Sinay Vilayəti” adlandıran İŞİD-in yerli bölməsi iyulun 1-də Rəfah və Şeyx-Züveyd şəhərləri ətrafında Misir ordusunun blok-postlarına hücum edib.

“Son üç sutka ərzində Sinay yarımadasının şimalında məhv edilən terrorçuların sayı 205-ə çatıb”, Misir müdafiə nazirliyinin açıqlamasında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR