Bakıda bir nəfərin ölümü, altı nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakıda bir nəfərin ölümü, altı nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 24 mart 2015 10:42 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda ağır yol qəzası qeydə alınıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 22-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Lənkəran rayon sakini Vüsal Həsənovun və Astara rayon sakini Yusif Bağırovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.

V.Həsənovun sərnişinlərindən Lənkəran rayon sakini İrşad Kazımov hadisə yerində ölüb, hər iki sürücü və dörd sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR