İstanbulda Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib

İstanbulda Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib
# 24 fevral 2015 03:15 (UTC +04:00)

APA-nın məlumatına görə, ”Xocalıya ədalət” kampaniyası çərçivəsində Avropa Azərbaycanlılar Cəmiyyətinin (AAC) Türkiyə nümayəndəliyi tərəfindən təşkil edilmiş tədbirdə çıxış edən Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov ermənilərin 26 fevral 1992-ci ildə Qarabağın Xocalı qəsəbəsində Azərbaycan mənşəli əhaliyə qarşı törətdikləri soyqırımı meydana gətirən şərait barədə danışaraq, soyqırımın statistik nəticələri barədə məlumat verib.

Ermənilərin 100 il əvvəl Osmanlı torpaqlarında Türklərə qarşı soyqırımlar törətdiyini xatırladan baş konsul Zeynalov, Xocalı soyqırımının da mahiyyət etibarilə ermənilərin Türklərə qarşı törətdikləri digər soyqırımların davamı olduğunu vurğulayıb. ”Faciə baş verəndə Azərbaycanın öz səsini dünyaya çatdırması üçün lazımi təbliğat vasitələri və imkanları yox idi. Bu gün isə Azərbaycan inkişaf etmiş bir dövlətə çevrilib, dünya dövlətləri arasında yerini alaraq öz haqlarını əsaslı şəkildə müdafiə edir. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması bundan sonra daha güclü fəaliyyət göstərəcəyik. Ermənistan həm Xocalı faciəmizi soyqırım kimi qəbul edəcək, həm də işğal etdiyi torpaqlarımızdan çıxmaq məcburiyyətində qalacaq”- Həsən Zeynalov deyib.

Tədbirdə çıxış edən Xocalı sakini Valeh Rzayev isə faciənin yaşandığı gecədən danışaraq, dünya ictimaiyyətinin işğalçı və terrorçu erməniləri yaxından tanıması üçün lazımi təbliğat mexanizminin qurulmasının vacibliyindən bəhs edib. Tədbirdə İan Peartın “Hocalı: bir savaş suçuna tanıklık. Ermenistan sanık sandalyesinde” adlı kitabı iştirakçılara paylanıb. Tədbirdən sonra Litvalı beynəlxalq jurnalist Rişard Lapaitisin çəkdiyi “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib. 24-26 fevral 1992-ci ildə Ağdamda səfərdə ikən Xocalı soyqırımından sarsılan Lapaitis, 20 ildən sonra soyqırımın mahiyyətini daha dərindən araşdıraraq tamaşaçılara təqdim edib. Sənədli film 2015-ci il, 24-26 fevral tarixlərində İstanbulda göstəriləcək. Bundan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən ”Sonsuz dəhliz” sənədli filmi Avropanın böyük şəhərlərində də nümayiş etdiriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR