Bank Of Baku

Politico: Aİ vətəndaşlarının bir qismi Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir

Politico: Aİ vətəndaşlarının bir qismi Avropa Komissiyasına kimin rəhbərlik etdiyini bilmir
# 16 sentyabr 2026 08:52 (UTC +04:00)

Avropa İttifaqı ölkələri vətəndaşlarının əhəmiyyətli hissəsi Avropa Komissiyasına (AK) kimin rəhbərlik etdiyini bilmir.

Bu barədə “Politico” nəşrinin sifarişi ilə “Public First” şirkətinin keçirdiyi sorğunun nəticələrində bildirilir.

Sorğuya əsasən, Fransada respondentlərin 20%-dən çoxu Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni tanımadığını deyib. İspaniyada bu göstərici 10%, Almaniyada isə 5% təşkil edib.

“Politico” qeyd edir ki, fon der Lyayen onu tanıyan Aİ vətəndaşları arasında da geniş rəğbət və etimad qazana bilməyib.

Sorğu sentyabrın 13-15-də Almaniya, Fransa və İspaniyada hər ölkədə 2 mindən çox yetkin respondent arasında keçirilib. Nəticələr Ursula fon der Lyayenin Strasburqda Avropa İttifaqının vəziyyətinə dair illik proqram xarakterli çıxışı ərəfəsində açıqlanıb.

Araşdırmaya görə, üç ölkə üzrə respondentlərin orta hesabla yalnız 10%-i çıxışı canlı izləməyi planlaşdırdığını bildirib. Təxminən üçdə biri isə müraciətin detallarını izləməyəcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR