Bank Of Baku

Polşa “Patriot” sistemlərinin istehsalı üçün zavodun öz ərazisində tikilməsini təklif edib

Polşa “Patriot” sistemlərinin istehsalı üçün zavodun öz ərazisində tikilməsini təklif edib
# 27 sentyabr 2026 22:51 (UTC +04:00)

Polşa müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetska “Patriot” zenit-raket komplekslərinin istehsalı üçün nəzərdə tutulan zavodun Ukrayna əvəzinə Polşa ərazisində yerləşdirilməsini təklif edib.

Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

“Biz belə bir təklif irəli sürmüşük: əgər belə bir zavodun Ukraynada tikilməsi planlaşdırılırsa, onun əvəzinə Polşada, yəni təhlükəsiz hesab olunan ərazidə yerləşdirilməsi məqsədəuyğun olardı”, – deyə nazir müavini bildirib.

Sobkovyak-Çarnetska əlavə edib ki, zavodun Polşa ərazisində yerləşdirilməsi ABŞ hakimiyyətinin Ukrayna ilə bağlı qərarından asılı deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR