Rusiya XİN: Qərbin Ukraynaya silah göndərməsi Rusiyanın təhlükəsizliyini təhdid edir

Rusiya XİN: Qərbin Ukraynaya silah göndərməsi Rusiyanın təhlükəsizliyini təhdid edir
# 05 mart 2015 12:50 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “ABŞ-ın Ukraynaya kütləvi şəkildə silah göndərməyə başlamaq niyyətində olması barədə xəbərlər ciddi narahatlıq doğurur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi brifinqdə deyib. O, ABŞ Konqresində Ukrayna hərbçilərinin təliminə və təchizatına 1 milyard dolların ayrılması haqqında xüsusi qanun layihəsi hazırlandığını da söyləyib.


A. Lukaşeviç qeyd edib ki, Qərb ölkələrinin Ukraynaya silah göndərməsi münaqişənin sülh yolu ilə həlli prosesini pozacaq və yeni eskalasiyaya gətirib çıxaracaq: “Ukraynaya silah göndərilməsi Rusiya Federasiyasının təhlükəsizliyini də təhdid edir. Bildiyiniz ki, bizim ölkənin ərazisi dəfələrlə Ukrayna tərəfindən atəşə məruz qalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR