İlin əvvəlindən Azərbaycanda hava nəqliyyatı ilə 1 mln. nəfər yaxın sərnişin daşınıb

İlin əvvəlindən Azərbaycanda hava nəqliyyatı ilə 1 mln. nəfər yaxın sərnişin daşınıb
# 22 avqust 2014 09:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyatda 1 mlrd. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% çox sərnişinə xidmət göstəriblər.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sərnişinlərin 87,4%-i avtomobil, 12,3%-i metro nəqliyyatının xidmətlərindən istifadə ediblər.

Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 878,4 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3% artım qeydə alınıb. Sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər. Sərnişin dövriyyəsi isə 6% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 124 mln. nəfər olmaqla 3,6% artıb.

Hava nəqliyyatı ilə 977,4 min və ya 6% çox sərnişin daşınıb, daşınmanın 99,7%-i dövlət, 0,3%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR