Paşha Bank
Bank Of Baku

Ağsuda "Ford" yanıb - VİDEO

Ağsuda "Ford" yanıb - VİDEO
# 08 iyun 2019 13:10 (UTC +04:00)

Ağsuda "Ford" markalı yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Muğanlı-İsmayıllı dolayının 13 kilometrliyində baş verib.

Xətai rayon sakini, 1985-ci il təvəllüdlü Sərdərov Daşqın Rəhim oğlu idarə etdiyi 99-TX-312 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobili ilə Bakıdan İsmayıllı istiqamətinə hərəkət edərkən anidən mühərrik hissədə baş verən yanğın qısa vaxta avtomobilin hər tərəfini əhatə edib.

Yanğın zamanı sürücü çətinliklə alovdan canını qurtara bilsə də, avtomobilin yanar konstruksiyaları yanaraq yararsız vəziyyətə düşüb. Hadisə yerinə FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR