FHN Dövlət Yanğın Nəzarəti Xidməti Ağstafada yanğına qarşı təbliğat günü keçirib

FHN Dövlət Yanğın Nəzarəti Xidməti Ağstafada yanğına qarşı təbliğat günü keçirib
# 16 aprel 2015 08:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə “Ağstafa Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyətdə yanğına qarşı təbliğat günü keçirib.

FHN DYNX-dan APA-ya verilən məlumata görə, təbliğat günündə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına və əraziyə baxış keçirilib, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması və texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilib.

Həmçinin texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlığı yoxlanılıb, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilərək yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb. Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyinə dair video-slayd göstərilib.

“Ağstafa Aqroservis” Məhdud Məsuliyyətli Cəmiyyətdə yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərlə yanaşı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə də geniş şəkildə toxunularaq qeyd olunub ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması üçün işçilər əməyin mühafizəsi üzrə təlimatlara, əmək və istehsalat intizamına əməl etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR