“Unibank” aktivlərini 22% artırıb

“Unibank” aktivlərini 22% artırıb
# 29 avqust 2014 13:27 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Unibank”ın aktivlərinin həcmi 2014-cü ilin II rübündə 781,559 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,9% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 27,5% artaraq 648,871 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi son hesabat dövrünə 36,259 mln. manat olub ki, buda kredit portfelinin 5,6%-ni təşkil edir .

Bankın depozit portfeli hesabat dövrü ərzində 18,6% artaraq 446,883 mln. manata çatıb və əhalinin əmanətləri 19,6% artaraq 395,925 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 33% artaraq 120,016 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 56,565 mln. 12 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 19,5% azalaraq 48,315 mln. manata çatıb, xərclər isə 36,5% azalaraq 28,342 mln. manat olub.

İkinci rübdə bankın əldə etdiyi mənfəət 14,08 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 23 filialı, 69 bankomatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR