Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq
# 13 avqust 2014 09:48 (UTC +04:00)

Avqustun 13-dən 14-ə keçən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 30-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində olmaqla 761 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 26-27 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR