“Hərəyə bir kitab bölüşək” layihəsinin final mərhələsi keçirilib - FOTOSESSİYA

“Hərəyə bir kitab bölüşək” layihəsinin final mərhələsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 07 sentyabr 2015 07:18 (UTC +04:00)

Bakı-APA. “ASAN Könüllüləri” Təşkilatı İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hərəyə bir kitab bölüşək” adlı layihəsinin final mərhələsi baş tutub.

Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumilikdə müraciət etmiş 346 nəfərdən 15 iştirakçı layihəyə seçilib və onlar arasından 4 nəfər final mərhələsinə keçib.

Layihə çərçivəsində iştirakçılar onlara verilmiş müxtəlif kitabların geniş auditoriya qarşısında təqdimatını həyata keçiriblər.

Münsiflər tərəfindən seçilən ən uğurlu təqdimatçı qiymətli hədiyyə sertifikatla mükafatlandırılıb.

Qeyd olunub ki, münsiflər heyətində jurnalist, blogger Azər Qəribov, yazıçı, publisist Rəna Yüzbaşı, ASAN Könüllüləri Təşkilatının sədri Fərid Sadıxlı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin sədr müavini Elçin Hüseynov iştirak ediblər.

1 ay davam etmiş layihədə seçilmiş iştirakçılara “Natiqlik”, “Təqdim etmə”, “Debat” “Kütlə qarşısında çıxış” mövzularında müxtəlif təlimlər keçirilib.

Layihənin əsas məqsədi gənclər arasında kitab oxumaq vərdişini aşılamaq və kitab mütaliəsinə maraq yaratmaq, gənclər arasında kitab oxumağı həyat tərzinə çevirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR