Meksikada avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 19 nəfər yaralanıb

Meksikada avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 19 nəfər yaralanıb
# 15 may 2015 01:56 (UTC +04:00)

Bakı-APA. Meksikada avtobusun yük maşını ilə toqquşması nəticəsində 10 nəfər ölüb, 19 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Matamoros və Reynosa şəhərlərini birləşdirən magistral yolda baş verib. Avtobusdakı sərnişinlərin hamısı müəssisələrin birində çalışan səhər növbəsinin işçiləri olub.

İlkin məlumata görə, yük avtomobili ötmə manevri edərkən qarşı hərəkət zolağına çıxıb və avtobusla toqquşub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR