“Qısa İslam ensiklopediyası”nın 2-ci cildi çapdan çıxıb

“Qısa İslam ensiklopediyası”nın 2-ci cildi çapdan çıxıb
# 29 aprel 2013 14:45 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda ilk dəfə olaraq Azərbaycan dilində, yerli alimlərin müəllifliyi ilə hazırlanmış “Qısa İslam Ensiklopediyası: İslama dair 1001 termin və xüsusi ad” adlı üç cildlik ensiklopediyanın ikinci cildi çapdan çıxıb. İslam Konfransı Gənclər Forumundan APA-ya verilən məlumata görə, ensiklopediya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumunun sifarişi və dəstəyi ilə Dini Araşdırmalar Mərkəzi tərəfindən işlənib hazırlanıb.

Kitabın müəlliflər heyəti Rafiz Manafov, Kamran Məmmədov və Natiq Rəhimovdan ibarətdir. Ensiklopediya digər ölkələrdə bu sahədə əvvəllər nəşr olunmuş mövcud nəşrlərdən tərcümə yolu ilə deyil, tam şəkildə yenidən işlənib hazırlanıb, Azərbaycan reallıqlarını, Azərbaycanda tarixən mövcud olmuş dini ənənələri nəzərə alaraq yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR