Əli Həsənov Suriya üzrə III Donor Konfransında çıxış edəcək

Əli Həsənov Suriya üzrə III Donor Konfransında çıxış edəcək
# 23 mart 2015 10:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Martın 29-da Əl-Küveyt şəhərində Suriya üzrə Üçüncü Donor Konfransı keçiriləcək.

Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda Avropa, Asiya və Yaxın Şərq dövlətlərinin təmsilçiləri, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun, İslam Əməkdaşlıq Təşkilatının və Avropa İttifaqının nümayəndələri iştirak edəcəklər.

Dünyanın 72 dövlətinin təmsilçisinin iştirak edəcəyi tədbirdə Azərbaycanı baş nazirin müavini, QMKİDK sədri Əli Həsənov təmsil edəcək. Ə. Həsənov konfransda çıxış edərək Suriya münaqişəsinə dair Azərbaycanın mövqeyini bildirəcək, ölkəmizin də Ermənistan tərəfindən işğala məruz qalmasını tədbir iştirakçılarının diqqətinə çatdıracaq.

Küveyt Əmirliyinə səfəri çərçivəsində Ə. Həsənovun bu dövlətin rəsmi şəxsləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR