Azərbaycan Gürcüstanın xarici ticarət dövriyyəsində ikinci yeri tutur

Azərbaycan Gürcüstanın xarici ticarət dövriyyəsində ikinci yeri tutur
# 25 mart 2015 08:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycanın payı 147 milyon dollar təşkil edib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Gürcüstan Statistika İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə, Azərbaycan və Çin Gürcüstanın ən böyük xarici ticarət tərəfdaşlarıdır.

Cari ilin ilk 2 ayı ərzində Azərbaycanın Gürcüstanın ticarət dövriyyəsindəki ümumi payı 10,2% təşkil edib ki, bunun da 14,2%-i və ya 45 milyon dolları ixracatın payına düşür. Bu, ən yüksək göstərici hesab olunur. Azərbaycanın idxalda payı isə 9,1%-ə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR