Azərbaycanda kommersiya bankların xarici öhdəliklərinin artması davam edir

Azərbaycanda kommersiya bankların xarici öhdəliklərinin artması davam edir
# 07 iyul 2014 08:05 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 317 mln. manat və ya 42,51% artaraq 2014-cü ilin iyunun 1-nə 4 416,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ayla müqayisədə isə, xarici öhdəliklərin həcmi 56 mln. manat və ya 1,28% artıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2014-cü ilin iyunun 1-nə 2 680,9 mln. manat təşkil edib ki, bu da 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 390,1 mln. manat və ya 17,29% artıb. O cümlədən, ötən ayla müqayisədə 227,2 mln. manat və ya 7,81%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR