Amaliya Pənahovanın yubiley gecəsi keçirilib

Amaliya Pənahovanın yubiley gecəsi keçirilib
# 04 iyul 2015 08:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq artisti Amaliya Pənahovanın 70 illik yubileyi münasibətilə təntənəli gecə keçirilib.

APA-nın məlumatına görə, “Amaliya Pənahovanın sevgi etirafı” adlı yubiley gecəsində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları iştirak edib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev A. Pənahovanın sənət yolundan danışaraq bildirib ki, sənətkarın yaratdığı obrazlar Azərbaycan teatrının inkişafında böyük rol oynayıb. Nazir qeyd edib ki, A. Pənahova bu günlərdə prezidentin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.

Ə.Qarayev fəxri diplomu xalq artistinə təqdim edib.

Yubiley gecəsində A. Pənahovanın iştirak etdiyi tamaşalardan parçalar təqdim edilib, tanınmış müğənnilərin ifaları dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR