Bakıda “Bayrağımız - qürur mənbəyimizdir!” devizi altında veloyürüş başlayıb - FOTOSESSİYA - VİDEO

Bakıda “Bayrağımız - qürur mənbəyimizdir!” devizi altında veloyürüş başlayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 07 noyabr 2015 09:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Bayrağımız - qürur mənbəyimizdir!” devizi altında veloyürüş başlayıb.


APA-nın məlumatına görə, yürüş saat 12:00-da Dövlət Bayrağı Meydanından start götürüb.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Aparatının rəhbəri Elmir Bağırov deyib ki, iştirakçılar Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əks istiqamətdə hərəkət edəcəklər. 16,5 km-lik yürüş elə başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatacaq. Yürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının peşəkar idmançıları və həvəskar idmançılar iştirak edirlər. İştirakçıların sayı 200 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR