Zaqatala sakini sirkə turşusundan zəhərlənib

Zaqatala sakini sirkə turşusundan zəhərlənib
# 19 iyul 2014 07:54 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayon sakini sirkə turşusundan zəhərlənib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qımır kəndinin sakini, 1981-ci il təvəllüdlü Məmməd Əhməd oğlu Ramazanov zəhərlənmə diaqnozu ilə xəstəxananın qəbul şöbəsinə daxil olub.

Həkim araşdırmasından sonra məlum olub ki, M. Ramazanov bilməyərək sirkə turşusu qəbul edib.

Müvafiq ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda vəziyyəti stabil hesab edilir, müalicəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR