ƏƏSMN Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini minik avtomobili ilə təmin edib - FOTO - VİDEO

ƏƏSMN Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini minik avtomobili ilə təmin edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 iyul 2014 08:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini "Naz-Lifan" markalı minik avtomobili ilə təmin edib.

"APA-Economics" xəbər verir ki, həmin şəxslərdən 38 nəfəri Böyük Vətən müharibəsi əlili, 42 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan, 20 nəfəri isə Çernobıl AES əlilidir. Bu ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən artıq 523 nəfəri dövlət hesabına minik avtomobili ilə təmin olunub. Növbədə olan digər belə şəxslərin də gələn ayın sonunadək avtomobillə tam təminatı nəzərdə tutulur. Bundan əvvəl isə 2014-cü ilədək növbəyə dayanmış Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin cari ilin aprel-may aylarında avtomobillə tam təminatı yerinə yetirilib. Beləliklə, bu ilin aprelindən bəri müvafiq kateqoriyalara aid 1200 nəfər əlilliyi olan şəxsə avtomobil verilib.

Minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanmış əlilliyi olan şəxslərin siyahıları ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Avtomobillərlə təminat” alt-bölümündə ictimaiyyətə təqdim olunur. Avtomobillərin verilməsi həmin siyahılar əsasında, yəni növbəlilik prinsipi üzrə həyata keçirilir. Eyni zamanda, həmin alt-bölmədə “Dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq üçün tələb olunan sənədlər” qovluğuna daxil olmaqla əlil vətəndaşa verilmiş avtomaşının digər şəxs tərəfindən idarə edilməsi üçün təqdim edilməli olan sənədlərin siyahısı da əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR