Sabah Bakıda 28, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 28, rayonlarda 33 dərəcə isti olacaq
# 09 iyul 2016 10:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. şimal küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 20-22 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 19-20 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR