Rusiya ordusu Xarkov regionuna raket zərbəsi endirib, nəticədə 10 nəfər ölüb.
Bu barədə “Ukrainskaya Pravda” regional polis şöbəsinə istinadən xəbər verib.
Bildirilib ki, raket hücumu nəticəsində daha 8 nəfər xəsarət alıb.
Ümumilikdə 10 evə, bir kafeyə, poçt ofisinə, bir dükana və azı 7 avtomobilə maddi ziyan dəyib.