Bank Of Baku

Rusiya ordusu Zaporojyeni bombalayıb: 1 nəfər ölüb, 19 yaralı var

Rusiya ordusu Zaporojyeni bombalayıb: 1 nəfər ölüb, 19 yaralı var
# 09 oktyabr 2026 17:16 (UTC +04:00)

Zaporojye şəhərinə Rusiyanın idarəolunan aviasiya bombaları ilə hücumu nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.

Bu barədə “Ukrainskaya Pravda” Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Mixailo Semikinə istinadən məlumat yayıb.

Semkin bildirib ki, səhər saatlarında şəhərə altı idarəolunan aviasiya bombası atılıb. Yaralananlar arasında 14 yaşlı yeniyetmə də var.

Onun sözlərinə görə, zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. İki qadın və bir kişi orta ağır vəziyyətdə həkim nəzarətində qalır.

Hücum nəticəsində bir çoxmərtəbəli yaşayış binası qismən dağılıb, daha 20 binaya ziyan dəyib. Şəhərin Uşaq və Gənclər Yaradıcılıq Sarayı da zərər görüb.

Bundan əlavə, FPV-dronun marşrut taksisinə hücumu nəticəsində daha üç nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR