Rusiyanın Vladimir vilayətində yerləşən “Yandex” şirkətinə məxsus məlumat mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, hücum nəticəsində mərkəzin infrastrukturu zədələnib və fəaliyyəti tam dayandırılıb.
Şirkətdən bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Bununla belə, “Yandex”in bəzi xidmətləri istifadəçilər üçün əlçatmaz olub.
Hazırda mütəxəssislər hücumun nəticələrini qiymətləndirir və mərkəzin fəaliyyətinin bərpası üzərində işləyirlər.
Qeyd edək ki, bu, son günlər “Yandex”in məlumat mərkəzlərinə edilən üçüncü hücumdur. Bundan əvvəl şirkətin Ryazan və Kaluqa vilayətlərindəki obyektləri də dron hücumlarına məruz qalıb.