Əli Həsənov: “Azərbaycan gəncliyi bu gün dövlətin bütün imkanlarından istifadə edir”

Əli Həsənov: “Azərbaycan gəncliyi bu gün dövlətin bütün imkanlarından istifadə edir”
# 17 aprel 2013 09:27 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. O bildirib ki, bütün Azərbaycanın sağlam gəncliyi bunun əleyhinədir: “Lakin bu gün Azərbaycan gəncliyinin bəzi problemləri də var və dövlət proqramları da gəncliyin problemlərinin həlli üçün qəbul olunub. Bunlar məşğulluq, evlə təminat və digər problemlərdir”.

Ə. Həsənov qeyd edib ki, Azərbaycan dövləti gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ipoteka kreditlərinin alınması prosesini asanlaşdırmaq təşəbbüslərindən istifadə edəcək: “Bununla da gənclərin mənzil şəraiti yaxşılaşdırılacaq. Təhsillə bağlı neçə illərdir xüsusi dövlət proqramları həyata keçirilir. Azərbaycan gəncliyi bu gün dövlətin bütün imkanlarından istifadə edir. Dövlət siyasətinin əsas məqsədi vətəndaş və gənc vətəndaşların imkanlarını yaxşılaşdırmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR